İTV-nin binasında tüstülənmə ilə bağlı müraciət edənlərə lazımi tibbi yardım göstərilib

29-09-2019, 02:00
99 dəfə Oxundu.

İTV-nin binasında tüstülənmə ilə bağlı müraciət edənlərə lazımi tibbi yardım göstərilib

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olub. Tüstülənmə ilə bağlı saat 00:19 Təcili Tibbi Yardıma çağırış daxil olub. İki nəfər (kişi) müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət edənlərdən birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə gətirilib, lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam