Ukrayna XİN vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməməyə çağırıb

29-09-2019, 07:00
56 dəfə Oxundu.

Ukrayna XİN vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməməyə çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməmələri barədə müraciət edib.
AZƏRTAC xəbər verir ki, Ukrayna XİN bu gün rəsmi saytında yaydığı məlumatda bir daha ölkə vətəndaşlarına xarici dövlətlərə səfər edərkən diqqətli olmalarını xatırladıb.
“Ukrayna Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləyir. Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən hər bir ukraynalı bu ölkənin qanunvericiliyinə əsasən inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən uzun illərdir işğal altında saxlanılır.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Mənbə: https://azertag.az

Ən çox oxunan 5 xəbər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam