Sentyabrın sonuncu günündə ölkə ərazisində hava əsasən yağmursuz olacaq

30-09-2019, 02:00
97 dəfə Oxundu.

Sentyabrın sonuncu günündə ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Azərbaycanda sentyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19°, gündüz 21-25° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Mənbə: https://azertag.az

Ən çox oxunan 5 xəbər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam