Keçən ay dəmir yolu nəqliyyatı ilə 243 milyon dollarlıq yük daşınıb

30-09-2019, 03:00
121 dəfə Oxundu.

Keçən ay dəmir yolu nəqliyyatı ilə 243 milyon dollarlıq yük daşınıb

Avqustda dəmir yolu nəqliyyatı ilə 716 min 248 ton yük daşınıb ki, bu yüklərin dəyəri 243 milyon 533 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 220 min 414 ton yükün dəyəri 52 milyon 184 min dollar olub. Avqustda bu nəqliyyat növü ilə ölkəyə idxal edilən yüklərin həcmi 495 min 835 ton, dəyəri isə 191 milyon 348 min dollar təşkil edib.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam