Bakıda türk mədəniyyəti və ədəbiyyatının xarici ölkələrdə təbliği ilə bağlı layihə təqdim olunub

30-09-2019, 04:00
136 dəfə Oxundu.

Bakıda türk mədəniyyəti və ədəbiyyatının xarici ölkələrdə təbliği ilə bağlı layihə təqdim olunub

VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Türkiyənin “TEDA” proqramının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət və təbliğat müşavirliyi tərəfindən təşkil olunan mərasimdə Bakı Slavyan Universitetinin tələbələri və digər qonaqlar iştirak ediblər.
“TEDA” proqramı haqqında məlumat verən müşavirliyin rəhbəri İrfan Çiftçi bildirib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən layihə türk mədəniyyəti, sənəti və ədəbiyyatının xarici ölkələrdə təbliğinə xidmət edir: “İstənilən ölkədən layihəyə təklif edilən əsərin nəşri üçün maliyyə vəsaitini Türkiyə dövləti ödəyir. 2005-ci ildən fəaliyyət göstərən layihə üzrə bu günədək 2918 təklif dəyərləndirilib və 77 ölkədə 61 dildə ədəbiyyat yayımlanıb. Layihə üzrə 2017-ci ildə Azərbaycandan 87 əsərə dəstək verilmişdisə, 2018-ci ildə bu rəqəm 134 olub. Ən çox dəstək alan və müraciət edən ölkələr isə Bolqarıstan, Almaniya, Makedoniya, İran və Azərbaycandır”.
İrfan Çiftçi qeyd etdi ki, türk dili dünyanın ən çox danışılan dilləri sırasında 5-ci yerdədir. Layihənin məqsədi həm də türk dilini bütün dünyada təbliğ etməkdir.
Sonda iştirakçıların sualları cavablandırıldı.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam