Exit-poll: parlament seçkilərində Avstriya Xalq Partiyası qalib gəlib

30-09-2019, 06:00
49 dəfə Oxundu.

Exit-poll: parlament seçkilərində Avstriya Xalq Partiyası qalib gəlib

Sentyabrın 29-da Avstriyada keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ölkənin aparıcı sosial tədqiqat təşkilatları exit-pollun nəticələrini açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 17:00-da ölkədə 10180 seçki məntəqəsindən sonuncusu da bağlandıqdan sonra parlamentdə təmsilçilik üçün dörd faizlik baryeri aşan partiyaların adı bəlli olub.
İlkin nəticələrə əsasən, Avstriya Xalq Partiyası (ÖVP) seçkilərdə rəqiblərini üstələyərək qalib gəlib. Partiya 37,2 faiz səslə iki il öncəki seçkilərdəki nəticələrini yaxşılaşdırıb (+5,7 faiz). Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) 22 faiz səslə (2017-ci illə müqayisədə -4,9 faiz) ikinci yerdə qərarlaşıb. ÖVP ilə koalisiyalı hökumətdə təmsil olunan FPÖ isə ciddi səs itkisi ilə qarşılaşıb: 16 faiz (2017-ci illə müqayisədə -10 faiz). Parlamentdə təmsil olunan digər partiyalar isə Avstriya naminə Liberal Forum (NEOS) partiyası (7,4 faiz) və “Yaşıllar” partiyasıdır (17,3).
İlkin nəticələrə görə, parlamentdə mandat bölgüsü bu şəkildə ola bilər: ÖVP 71 mandat, SPÖ 41 mandat, FPÖ 30 mandat, NEOS 14 mandat və “Yaşıllar” partiyası 27 mandat.
“Exit-poll“un nəticələri ölkə üzrə sayılan 46 faiz səslər əsasında tərtib olunub.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Mənbə: https://azertag.az

Ən çox oxunan 5 xəbər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam