Şəfa VƏLİYEVA."Salam, cənab dirijor!"

1-10-2019, 07:30
147


"Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının  və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Salam, cənab dirijor!
saxla əlini bir az...
daha oxumasın xor,
eşqsiz oxumaq olmaz!

adam eşqdən oxuyar,
adam dərdi söyləyər...
gün gələr, dən qoxuyar
daraqtanımaz tellər...


ver, qırıb atacağam
"sehrsiz çubuğunu"...
sənə anladacağam
eşqin nə olduğunu...


dayan, cənab dirijor!
dinlə..
bu səs eşqindi...
ruhumuzda bəyazlar,
məsum həvəs eşqindi...


dəyişək yerimizi...
mən sevilim, sən də sev...
bizə yetər sevgimiz,
bir kitab, bir taxta ev...


gülüşümlə yu, axıt
üzündəki qrimi...
sən heyrət etdiyim büt,
mən-eşqin din xadimi!

Mənbə: http://edebiyyat-az.com


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: