Son dəqiqə:

Azərbaycanlı gənclər beynəlxalq layihədə iştirak edəcəklər

2-10-2019, 02:00
91 dəfə Oxundu.

Azərbaycanlı gənclər beynəlxalq layihədə iştirak edəcəklər

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) nümayəndə heyəti Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılacaq beynəlxalq layihədə iştirak edəcək.
ADTGT-dən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-22-də Türkiyənin Burdur şəhərində keçiriləcək beynəlxalq “reLAKE IT!” layihəsi çərçivəsində təşkil olunacaq təlimə Azərbaycan və Türkiyə ilə yanaşı, daha beş ölkədən 40-dək gənc qatılacaq.
Təşkilatın beynəlxalq tərəfdaş olduğu layihə çərçivəsində iştirakçılar bir həftə ərzində müxtəlif interaktiv təlim metodları barədə məlumatlandırılacaqlar. Təlimdə, həmçinin qeyri-formal təhsil üsulları ilə ekosistem, ətraf mühit, göllərin və su hövzələrinin qorunmasında gəclərin rolu və fəal iştirakı, bu məsələdə yeni imkanlar və s. mövzularda məlumat veriləcək.
Gənclərimiz Azərbaycanın ekosistemi, ətraf mühitin mühafizəsi, Xəzərin ekoloji durumu və bu istiqamətdə görülən tədbirlər, gənclərin bu sahədə fəallığı və s. məsələlər barədə digər ölkələrin təmsilçilərini məlumatlandıracaqlar.
Layihənin icrası müddətində bir sıra mədəni tədbirlər də təşkil olunacaq.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam