Ukrayna Prezidenti Vladimir Zelenski Hollivud aktyoru Tom Kruzla görüşüb

2-10-2019, 06:00
125 dəfə Oxundu.

Ukrayna Prezidenti Vladimir Zelenski Hollivud aktyoru Tom Kruzla görüşüb

Hollivud aktyoru, prodüser və kinorejissor Tom Kruz Ukraynaya səfər edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, aktyor Ukrayna ilə bağlı layihələrini müzakirə etmək üçün bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Görüşdə Tom Kruz Prezident Zelenskiyə deyib ki, o, Ukrayna ərazisində film çəkmək istəyir.
V.Zelenski kino sahəsində şəxsi təcrübəsindən söz açaraq qeyd edib ki, bu yaxınlarda Ukrayna Ali Radası Ukraynada filmlər çəkən xarici istehsalçılara kompensasiyalar verilməsi barədə qanun qəbul edib.
Prezident əmin olduğunu bildirib ki, bu qanun Ukraynanı dünya kino istehsalçıları üçün daha cəlbedici edəcək.

Rüstəm Məmmədov
Kiyev

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam