Son dəqiqə:

ATƏT Parlament Assambleyasının sessiyası Mərakeşdə keçiriləcək

2-10-2019, 07:00
131 dəfə Oxundu.

ATƏT Parlament Assambleyasının sessiyası Mərakeşdə keçiriləcək

ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək. Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili sessiyada iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sessiya çərçivəsində əvvəlcə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionunun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək. Sonra “Avro-Aralıq dənizi regionunda təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq.
Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Tseretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək. Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq, qurumun xüsusi komitəsinin və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq. Həmçinin sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam