Son dəqiqə:

Qaxda 13 min hektardan çox sahədə payızlıqların əkini proqnozlaşdırılır

3-10-2019, 00:00
36 dəfə Oxundu.

Qaxda 13 min hektardan çox sahədə payızlıqların əkini proqnozlaşdırılır

Qax rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkininə başlanılıb. Cari mövsümdə rayonda 13 min hektardan çox sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, kampaniyanın ilk günlərində təsərrüfatlarda 300 hektaradək sahəyə arpa səpilib. Payızlıqların əkini üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 2200 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. İndiyədək təsərrüfatlarda 9,2 min hektar sahədə şum qaldırılıb. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib.
Baş məsləhətçinin sözlərinə görə, hazırda təsərrüfatlarda qarğıdalı yığımı da davam edir. Builki mövsümdə fermerlər 1720 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 1043 hektar sahənin məhsulu yığılıb, 7 min 582 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 72,7 sentner təşkil edir.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam