Qurban Qurbanov: “Düdelanj” bu matçın autsayderi deyil

3-10-2019, 02:00
59 dəfə Oxundu.

Qurban Qurbanov: “Düdelanj” bu matçın autsayderi deyil

Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj”la keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından əvvəl mətbuat konfransında deyib. O, zədəli futbolçuları barədə düşünmədiklərini bildirib: “Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq”.
Qurban Qurbanov bu oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb: “Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. “Düdelanj” da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq”.
Xatırladaq ki, oktyabrın 3-də Lüksemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam