Son dəqiqə:

Gürcüstan ilə Türkiyə hərbi sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır

3-10-2019, 02:30
108 dəfə Oxundu.

Gürcüstan ilə Türkiyə hərbi sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır

Türkiyənin Gürcüstandakı səfiri Fatma Geren Yazgen bu ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı nazir Gürcüstanın NATO-ya inteqrasiyasında göstərdiyi dəstəyə və strateji tərəfdaşlığa görə Türkiyə tərəfinə minnətdarlıq edib. Tərəflər hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, həmçinin regional təhlükəsizlik və birgə hərbi təlimlər keçirilməsi məsələləri diqqət mərkəzində olub. Gürcüstan və Türkiyə hərbçilərinin beynəlxalq sülhyaratma əməliyyatlarında birgə iştirakı, hərbi təhsil və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam