Son dəqiqə:

Muxtar respublikaya cari ildə müxtəlif təyinatlı 309 kənd təsərrüfatı texnikası gətirilib

3-10-2019, 11:00
94 dəfə Oxundu.

Muxtar respublikaya cari ildə müxtəlif təyinatlı 309 kənd təsərrüfatı texnikası gətirilib

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılması, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə istehsalçıların müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309 ədədi 2019-cu ilin yanvar-avqust aylarında olmaqla, ümumilikdə, 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 196 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilib.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam