Son dəqiqə:

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəisinin ölümlə hədələnməsi ilə bağlı cinayət işi başlanıb

3-10-2019, 11:15
77 dəfə Oxundu.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəisinin ölümlə hədələnməsi ilə bağlı cinayət işi başlanıb

Kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “Facebook” sosial şəbəkəsində özünəməxsus səhifə vasitəsilə qeyd olunan polis əməkdaşının öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.
Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədilə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam