Litvalıların yeni səyahət istiqamətləri arasında Azərbaycan da var

4-10-2019, 01:30
42 dəfə Oxundu.

Litvalıların yeni səyahət istiqamətləri arasında Azərbaycan da var

Litvanın “Exotic & Group Travel” turizm agentliyinin rəhbəri Alma Stanulioniene bildirib ki, bu ölkənin vətəndaşları səyahət üçün daha ekzotik ölkələr seçməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Litva vətəndaşları uzaq cənub-şərqi Asiya regionu, Cənubi Amerika ilə bərabər İpək yolu ölkələrinə də maraq göstərirlər. Bu sıraya Özbəkistan, Qazaxıstan, Monqolustanla bərabər Azərbaycan da aiddir.
Turizm mütəxəssisi bildirib ki, Azərbaycana səfər edən litvalılar unikal təəssüratlarla qayıdırlar.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Mənbə: https://azertag.az

Ən çox oxunan 5 xəbər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam