İranda xarici vətəndaşla ailə quran qadınların övladlarına vətəndaşlıq verilməsi haqqında qanun təsdiqlənib

5-10-2019, 02:30
95 dəfə Oxundu.

İranda xarici vətəndaşla ailə quran qadınların övladlarına vətəndaşlıq verilməsi haqqında qanun təsdiqlənib

İranın Konstitusiyanın Müdafiə Şurası xarici vətəndaşla ailə quran qadınların övladlarına vətəndaşlıq verilməsi haqqında qanunu təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu qanun layihəsi parlamentdə gərgin müzakirələrə səbəb olub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranda mövcud olan digər qanuna əsasən iranlı qadının başqa dinə mənsub kişi ilə ailə qurması qadağan edilib. Lakin əgər xarici vətəndaş müsəlmandırsa onda qadın ailə qura bilər. Xarici vətəndaşlarla ailə quran iranlı qadınlar öz övladlarına vətəndaşlıq verilməsi tələbi ilə İranın dövlət orqanlarına müraciət ediblər. Nəhayət, ötən il qanun layihəsi hazırlanaraq parlamentə təqdim edilib. Gərgin müzakirələrdən sonra qanun qəbul olunub. Lakin İranın qanunvericilik hakimiyyətinin quruluşu bir qədər fərqlidir. Yəni, parlamentin qəbul etdiyi qanun birbaşa qüvvəyə minmir. Bu qanun Konstitusiyanın Müdafiə Şurası deyilən orqan tərəfindən də təsdiq olunduqdan sonra qüvvəyə minir. Şura qanunun Konstitusiyaya və İslam adət-ənənələrinə uyğunluğunu yoxladıqdan sonra qüvvəyə minməsinə icazə verir.
Artıq xarici və qeyri-müsəlmanlarla ailə quran iranlı qadınların övladları yaşadıqları xarici dövlətlə yanaşı, həm də İran vətəndaşları hesab ediləcəklər.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Mənbə: https://azertag.az

Ən çox oxunan 5 xəbər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam