Bu gün Beynəlxalq Müəllimlər Günüdür

5-10-2019, 10:30
184 dəfə Oxundu.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür



  GÜNDƏLİK.İNFO-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
  “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işişçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Beynəlxalq Müəllimlər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon idarə, şöbə və bölmələrinin şəxsi heyəti məktəblərdə “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən hərbi rəhbərlərlə görüşlər keçirib, onları təbrik ediblər. Ömürlərini gənc nəslin vətənpərvər ruhda böyümələrinə, hərbi biliklərə mükəmməl yiyələnmələrinə həsr edən və bu sahədə fərqlənən hərbi rəhbərlər təltif olunublar.

Mənbə: 
http://seferberlik.gov.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam