"Azərbaycan Ordusu" qəzeti №77 (2394)

5-10-2019, 11:30
77 dəfə Oxundu.

"Azərbaycan Ordusu" qəzeti №77 (2394)

Tarixlərin başlanğıcı olan tarixi gün

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu
Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar...davamı
 

Tankçılarımız döyüş hazırlığını artırır
Bu gün müasir silah və texnika ilə təchiz olunan, dünya standartlarına uyğun qurulan, dünyanın aparıcı orduları sırasında yer tutan Azərbaycan Ordusu istənilən döyüşü Aprel və Günnüt zəfərləri kimi qələbə ilə tamamlamaq iqtidarındadır. "Döyüş aslanı" adlandırılan dünyanın ən müasir tankları bu gün ordumuzun silahlanmasına daxil edilərək, Ali Baş Komandanın "İrəli" əmriylə düşmən işğalında olan torpaqlarımızı hər an azad etmək qüdrətindədir...davamı
 

“Orduda xidmət etmək şərəfli vəzifədir”
Müasir ordumuzun banisi, ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, orduda xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük iftixar mənbəyi, şərəfli bir vəzifədir. Bu gün hərbi xidmətə çağırılan gənclərin Ulu Öndərin bu dəyərli sözlərini dərk edərək, Vətən qarşısında övladlıq borcunun öhdəsindən layiqincə gəldiklərinin şahidi oluruq...davamı
 

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Hərbi əmlakı qorumaq hərbi qulluqçunun borcudur. Əsgər və çavuşların dövlətə vurulan ziyana görə maddi məsuliyyəti.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Silahlı Qüvvələrin nizamnamələrindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsindən və "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında" Əsasnamədən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur...davamı
 

“Nəvəm oğlumun yolunu davam etdirəcək”
Babək rayonunun Nehrəm kəndində övladının həsrəti bəyaz qar kimi saçlarına hopan, ürəyində düşmənə nifrəti, gözlərində qələbəyə ümid qığılcımı gəzdirən şəhid anasıyla - Nərgiz anayla görüşmək, onunla həmsöhbət olmaq həm çətin, həm də şərəfli idi mənim üçün. Nərgiz ananın söhbətini dinlədikcə vətənpərvər, vətənpərvər olduğu qədər məğrur, məğrur olduğu qədər də duyum sahibi olan bir ana obrazı canlanırdı gözümdə...davamı
 

Həsrətə, ayrılığa, işğala Azərbaycan əsgəri son qoyacaq...
Nəvəmi uzun müddət müalicə etdirsək də, sağalmırdı. Həkimlərdən birinin bu xəstəliyin müalicəsinin Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ"ında mümkün olduğunu deyəndən sonra ləngimədən yola hazırlaşdıq. Təyyarə ilə uçmaq mümkün olmadığından, Naxçıvana İran İslam Respublikasının ərazisindən keçməli olduq. Deməli, Araz boyu gedəcək, 26 illik ayrılıqdan sonra qoynunda dünyaya göz açdığım doğma yerləri uzaqdan da olsa görəcəkdim...davamı
 
 
"Azərbaycan Ordusu" qəzetinin tam variantı

Mənbə: https://mod.gov.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam