Son dəqiqə:

Oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbə sakini Ə.Şıxəliyev saxlanılmışdır

7-10-2019, 00:30
39 dəfə Oxundu.

Oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbə sakini Ə.Şıxəliyev saxlanılmışdır



Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirmişdir.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 
Araşdırma aparılır. 
Mənbə: https://www.mia.gov.az/



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam