DİO əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir

7-10-2019, 02:00
44 dəfə Oxundu.

DİO əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir


Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının şəhər ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Mikayılovdan 6 qrama yaxın, evindən isə 40 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.  
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi A.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5,5 qram, evindən 53 qrama yaxın və qeydiyyatda olduğu Muradxan kəndindəki evdən isə 305 qram marixuana aşkar edilərək götürülmüşdür.

Mənbə: https://www.mia.gov.az/



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam