Heydər Əliyev adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib - VİDEO

7-10-2019, 05:00
47 dəfə Oxundu.

Heydər Əliyev adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib - VİDEO


Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov muxtar respublikamızda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllim əməyinə verilən yüksək qiymətdən, liseydə yaradılan müasir tədris şəraitindən danışıb.
Çıxışlar zamanı bildirilib ki, vətənpərvər və intellektli gənclər yetişdirən müəllimlərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə çalışan müəllimlərdən 1 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 2 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə  təltif olunub. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. 
Çıxışların ardından təhsildə fərqlənən müəllim və kursantlara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Mənbə: https://mod.gov.az/

Ən çox oxunan 5 xəbər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam