Son dəqiqə:

Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edəcək

8-10-2019, 12:30
116 dəfə Oxundu.

Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edəcək


Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov oktyabrın 15-də Masallı şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: Füzuli küçəsi, 6) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 8-11-də 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, eləcə də Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayon Vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, nazirliyin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam