"Zərrələr" antologiyası işıq üzü görüb

1-07-2015, 12:45
934

"Zərrələr" antologiyası işıq üzü görüb


"Zərrələr" antologiyası 2015-ci ildə Bakı şəhərində 300 səhifə olmaqla, 200 tiraj həcmində işıq üzü görüb.Antologiyada Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələri bir araya gətirilib.Layihənin müəllifi və rəhbəri Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızıdır.
Qeyd edək ki, adı çəkilən layihə çərçivəsində işıq üzü görən antologiyadan 50 ədəd Respublikanın müxtəlif kitabxanalarına layihə müəllifi və rəhbəri, gənc xanım Gülnarə İsrafilqızı tərəfindən verilməsi nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən müsbət rəğbətlə qarşılanacağına ümid edirik.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: