Son dəqiqə:

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

9-10-2019, 01:00
90 dəfə Oxundu.

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Oktyabrın 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 170 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar noyabrın 7-də ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam