Son dəqiqə:

Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyən olub

9-10-2019, 03:00
86 dəfə Oxundu.

Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyən olub


Çin-ABŞ ticarət danışıqlarının 13-cü mərhələsi oktyabrın 10-11-də Vaşinqtonda keçiriləcək.
AZƏRTAC Çin rəsmi mənbələrinə istinadla xəbər verir ki, danışıqlarda iştirak etmək üçün Çin Dövlət Şurası sədrinin (Baş Nazirin) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə Vaşinqtona səfər edəcək. Nümayəndə heyətinin tərkibinə kommersiya naziri Con Şan, Çin Xalq Bankının sədri İ Qan, habelə bir neçə mərkəzi icra hakimiyyətinin rəhbər şəxsləri daxildir. Danışıqlarda Birləşmiş Ştatların nümayəndə heyətinə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcəklər.
Qeyd edək ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bu il ərzində bir neçə dəfə müzakirələr aparıblar. Danışıqların 12-ci raundu iyulda Şanxayda baş tutub. Amma hələlik bu məsələdə konkret nəticə yoxdur. Əvəzində tərəflər qarşılıqlı olaraq bir neçə dəfə idxal rüsumlarını artırıb. Bu da öz növbəsində nəinki iki ölkə arasında iqtisadi münasibətlərə, eləcə də dünya iqtisadiyyatına, birjalara təsirsiz ötüşməyib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam