Şəfa EYVAZ.Seçmə şeirlər

11-10-2019, 05:00
60

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi,
Gündəlik Analitik İnformasiya Agentliyinin Məsul katibi,


Kim bilir

Alnıma yazılan yazıya bir bax,
Kim bilir daha nə görəcək gözüm?!
Vaxtsız sönən məhəbbətin yasına,
Görəsən çoxmu yaş tökəcək gözüm?!

Üzümdə izini buraxır illər,
Saralır içimdə açılan güllər.
Gün-gündən rəngini itirir tellər,
Deyəsən çuxura düşəcək gözüm!

Düz yollarım döndü oldu çəpəki,
Dağ-dərə önümü kəsib hələ ki.
Çox yüyürdüm çatammadım sənə ki
Elə baxa-baxa öləcək gözüm.

Bir şəklin qalaydı

O ötən günlərdən xatirə kimi,
Nə ola bir şəklin qalaydı məndə.
Qırıq ürəyimə kömək, təsəlli,
Nə ola bir şəklin qalaydı məndə.

Gecdi göz yaşımı töküm o günə,
Günlər yas saxlamır itkin ömrünə.
Mən kölgə oluram yollara yenə,
Nə ola bir şəklin qalaydı məndə.

Bilirəm rəsmin də qəm gətirəcək,
Zilimi udacaq, bəm gətirəcək,
Quruyan gözümə nəm gətirəcək,
Nə ola bir şəklin qalaydı məndə.
Nə ola bir şəklin qalaydı məndə.

Mənbə: http://edebiyyat-az.com


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: