Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr

12-10-2019, 12:00
44 dəfə Oxundu.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr

Bakı şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü ərəfəsində Təhsil Nazirliyi tərəfindən TDƏŞ-in təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar ali təhsil müəssisələrində müvafiq məlumat xarakterli silsilə mühazirələr keçirilib.
Mühazirələrdə türkdilli dövlətlərdən olan tələbə və müəllimlər iştirak edib. Belə ki, oktyabrın 7-də Azərbaycan Tibb Universitetində “Ortaq Türk Tarixi” dərsliyi üzrə ekspert Hafiz Cabbarov “Ortaq dəyərlərin təbliği baxımından Ortaq Türk Tarix dərsliyinin əhəmiyyəti” mövzusunda çıxış edib. Bildirilib ki,  XV əsrə qədər “Ortaq Türk Tarixi” dərsliyi Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb və üzv ölkələrin ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulub.
Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Xarici İşlər Nazirliyinin şöbə müdiri Məmməd Zülfüqarov “Naxçıvan müqaviləsinin 10 illiyi: nailiyyətlər və gələcəyə baxış” mövzusunda çıxış edib O, Naxçıvan müqaviləsinin əhəmiyyəti və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasındakı rolunu qeyd edib. Oktyabrın 10-da isə Azərbaycan Memarlıq və İnşaat Universitetində TDƏŞ Katibliyinin nümayəndəsi Yıldız Uzakova “TDƏŞ-in fəaliyyəti: görülmüş işlər və inkişaf perspektivləri” mövzusunda təqdimat nümayiş etdirib. Rektor Gülçöhrə Məmmədova tədbirdə iştirak edərək türkdilli ölkələr arasında ortaq dəyərlərin təşviq olunması təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, sözügedən mühazirələrin müxtəlif tarixlərdə Türk Universitetləri Birliyinə üzv olan yerli ali təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub. 

Mənbə: https://edu.gov.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam