Masallıda sentyabr ayından bəri 30 min başa yaxın heyvan peyvənd olunub

16-10-2019, 00:00
92

Masallı rayonunda iribuynuzlu heyvanlar arasında dabağa qarşı profilaktik tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabr ayından başlanan peyvənd kampaniyası çərçivəsində artıq 30 min başa yaxın heyvan peyvənd olunub. Ümumilikdə isə bu il rayonda 73 min baş mal-qara dabağa qarşı peyvəndlənəcək.
Oktyabr ayının ikinci yarısından başlayaraq isə cavan heyvanlar arasında revbaksinasiya tədbiri həyata keçirilir və qarayara xəstəliyinə qarşı 10 min başa yaxın mal-qara peyvənd olunacaq.

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: