Sumqayıt şəhərində şair-publisist Rafiq Odayın oxucuları ilə görüşü keçiriləcək

18-10-2019, 09:00
106

Əziz və dəyərli dostlar,

M.Ə.Rəsulzadə adına kitabxana filial 19 oktyabr 2019-cu il tarixində, saat 11:00-da Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanı, şair-publisist Rafiq Odayın oxucuları ilə görüşü keçiriləcək. 

Bildiyiniz kimi, mən özümlə bağlı, ümumiyyətlə, tədbir keçirmirəm. Amma bu kitabxana filial mənə çox doğma olduğundan etiraz etmədim. Diqqətə çatdırım ki, bu tədbir bir ay bundan öncədən razılaşdırılıb və kitabxananın tədbirlər planına salınıb.

Bir daha qeyd edirəm, bu mənim yaradıcılıq gecəm və ya kitab təqdimatım deyil, sadəcə oxucularla görüşümdür. Ona görə də tədbirə əsas etibarilə qələm dostlarım olan şair və yazıçıları deyil, şeir və poeziya həvəskarı olan, mənim yaradıcılığımı izləyən dostlarımı, oxucuları dəvət edirəm.

Tədbiri kitabxana ilə birgə "Dəlidağ" və "Dan yeri" Ədəbi Birlikləri, "Çeşmə" Ədəbi Məclisi və Azərbaycan Aşıqlar Birliyinin Sumqayın regional bolməsi hazırladığından, təbii ki, bu qələm dostlarım yanımda olacaqlar ("Yaradıcı Dostlar Qrupu"nun üzvləri). Çünki kitabxana təşəbbüslə müraciət edəndən sonra, bu təklif bizim müştərək tədbirimizdə müzakirə olunub və müsbət dəyərləndirilib.

Böyük məmnuniyyətlə mənimlə görüşmək, şeirlərimi dinləmək, kitab hədiyyə almaq, suallar vermək və s. istəyən oxucularım varsa, buyurub gəlsinlər. Göz üstə yerləri var.

Qeyd. Bütün qələm dostlarımı isə, qismət olsun, gələn il silsilə yubiley tədbirlərimə dəvət edəcəm.

Ünvan: Sumqyıt şəhəri, 45-ci məhəllə, Böyük Vətən Müharibəsi abidə kompleksi ülə üzbəüz. M.Ə.Rəsulzadə adına kitabxana filial.

Mənbə: http://edebiyyat-az.com


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: