Zərdabda 1000 tondan çox çəltik istehsal edilib

19-10-2019, 00:00
55

Zərdab rayonunda çəltik yığımı başa çatıb və sahələrdən 1012,1 ton məhsul yığılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 210,5 hektar sahədə çəltik yetişdirilib. Bu da ötən ilkindən 7 hektar çoxdur. Cari ildə istehsal olunan məhsul da 1 ton çoxdur.
Qeyd edək ki, son illər bölgədə çəltikçiliyə maraq xeyli artıb. Bu il çəltik rayonun Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Qoruqbağı, Məmmədqasımlı, Alıcanlı kəndlərində yetişdirilib.

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: