Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü ilə bağlı tədbirlər yekunlaşıb

20-10-2019, 07:00
115

25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü ilə bağlı təbliğat tədbirləri yekunlaşıb. 
Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, oktyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində, oktyabrın 18-də isə Bakı Dövlət Universitetində müvafiq xarakterli tədbirlər keçirilib.
Təbliğat tədbirlərində Xarici İşlər və Təhsil nazirliklərinin məsul şəxsləri iştirakçılara Qoşulmama Hərəkatının mahiyyəti, keçiriləcək Zirvə Görüşünün əhəmiyyəti barədə məlumat veriblər. Eyni zamanda Hərəkata üzvlüyün və Zirvə Görüşünə evsahibliyi etməyin ölkənin uğurlu xarici siyasətinin bir komponenti olmasından və bu tədbirdən olan gözləntilərdən bəhs olunub.
Dəyirmi masalarda Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis edilmiş təhsil qrantı çərçivəsində oxuyan tələbələr də iştirak ediblər.
Tədbir tələbə-müəllim heyətinin, əcnəbi tələbələrin, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan tələbələrin marağına səbəb olub.

Mənbə: https://edu.gov.az/


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: