Apple aparıcı Intel şirkətinin modem çip texnologiyasını 1 milyard dollara alacaq

21-10-2019, 03:30
66

ABŞ-ın Wall Street Journal qəzetinin xəbərinə görə, Apple aparıcı Intel şirkətinin modem çip texnologiyasını 1 milyard dollara alacaq. AZƏRTAC xəbər verir ki, bu yeni texnologiya mobil telefonların yaddaşını daha da artırmaq və 5G texnologiyalarını istifadə etmək üçün nəzərdə tutulub.
Qəzetin yazdığına görə, gələn həftə başa çatacaq danışıqlar çərçivəsində Apple bu şirkətin patentini və əməkdaşlarını 1 milyard dollara əldə edərək özünün 5G texnologiyasında tətbiq ediləcək çiplər istehsal etməyə başlayacaq. Qeyd olunur ki, Apple uzun müddətdir ki, problemlərlə üzləşdiyi telekommunikasiya firması Qualcomm ilə aprel ayında sürpriz razılaşma əldə edib və onun istehsal etdiyi modemləri IPhone telefon modellərində istifadə edəcəyini açıqlayıb. Intel şirkəti bunun ardından 5G mobil texnologiyasından geri çəkildiyini bildirib.
Intelin icraçı direktoru Bob Svan qeyd edib ki, onların ən böyük müştərisi məhz Apple şirkətidir və onun itirilməsi rəhbərlik etdiyi qurumun gələcəyinin yox olması deməkdir. Bundan sonra Intel öz texnologiyasını satmaq üçün yeni müştəri axtarmağa başlayıb və bu alıcı da Apple olub.
Qəzetin xəbərində bildirilir ki, Inteldən bu texnologiyanı satın alacağı təqdirdə Apple 5G texnologiyalarının istehsalı sahəsində böyük üstünlüyə malik olacaq. Vurğulanır ki, çiplərini satan şirkətin xidmətlərindən uzun illər yalnız Apple istifadə edib. Android texnologiyası ilə işləyən bütün digər telefonlar ya Qualcomm şirkətinin məhsullarından istifadə edib, ya da onları özləri istehsal edib.

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: