Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib

22-10-2019, 22:00
71


GÜNDƏLİK.İNFO-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Samux rayon bölməsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto stendlərlə tanış olublar.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gəncləri həqiqi hərbi xidməti müvəffəqiyyətlə yerinə yetirmələri münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
SHXÇDX-nin Samux rayon bölməsinin rəisi, polkovnik-leytenant Səbuhi Abdullayev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyə ilə həyata keçirilən islahatların müsbət nəticələrindən danışıb. Bölmə rəisi gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini deyib.
Ehtiyata buraxılmış gənclər adından danışan Dəyanət İsmayılov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini bildirib.
Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.
Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: