Yevlax pambıqçıları qarşıya qoyduqları hədəfə nail olublar

23-10-2019, 00:00
101

Yevlax rayonunda pambıq yığımı kampaniyası davam edir və bu günədək qəbul məntəqələrinə 4918,7 ton məhsul təhvil verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il 2406 hektarda pambıq becərən yevlaxlı “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Rayonda pambıq yığımına 8 pambıqyığan kombayn, 18 traktor, 55 ədəd qoşqu, 6 ədəd dərmansəpən traktor və sair texnika və qurğular cəlb edilib. Yevlax pambıqçıları artıq qarşıya qoyduqları hədəfə nail olublar. Rayon üzrə hər hektardan orta hesabla 20,44 sentner məhsul əldə edilib.
Hələ tarlalarda yığılmamış məhsul çoxdur. Yevlax pambıqçıları yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışır, havaların əlverişli keçməsindən istifadə edərək hər gün orta hesabla 140 tonadək məhsul tədarük edirlər.

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: