“Musiqi sənəti” istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

23-10-2019, 08:30
44

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

2020/2021-ci tədris ili üçün “Musiqi sənəti” istiqamətinin bəzi ixtisasları üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qabiliyyət imtahanlarında dəyişiklik edilmişdir

DİM əməkdaşları və Naxçıvan Dövlət Universitetinin (NDU) musiqi sənəti istiqamətinin ixtisasları üzrə tədris aparan ekspert heyəti arasında birgə müzakirələr aparılmışdır. Müzakirələr zamanı qeyd edilmişdir ki, NDU-nun İnstrumental ifaçılıq (fortepiano - komissiya 71) və İnstrumental ifaçılıq (orkestr alətləri - komissiya 72) ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyentlərdən 5 illik musiqi təhsili haqqında sənəd tələb edilir. Harmoniya və solfecio fənninin kolleclərdə və 11 illik musiqi məktəblərində tədris edildiyini nəzərə alaraq həmin ixtisaslar üzrə əvvəlki illərdə keçirilən harmoniya və solfecio fənni üzrə qabiliyyət imtahanının musiqi nəzəriyyəsi və solfecio fənni ilə əvəz edilməsi məqsədəuyğun hesab edilmişdir. Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının daha da səmərəli keçirilməsi üçün musiqi ədəbiyyatı fənni üzrə imtahanın ləğv edilməsi qərara alınmışdır.
Beləliklə, 2020/2021-ci tədris ilində DİM tərəfindən keçiriləcək qabiliyyət imtahanlarında NDU-nun İnstrumental ifaçılıq (fortepiano - komissiya 71), İnstrumental ifaçılıq (orkestr alətləri - komissiya 72) ixtisaslarının qabiliyyət imtahanları “ixtisas” və “musiqi nəzəriyyəsi və solfecio” fənləri üzrə keçiriləcəkdir.
Bu fənlər üzrə qabiliyyət imtahanlarının proqramları 31-ci komissiyanın (instrumental ifa) qabiliyyət imtahanı proqramları ilə eyni olacaqdır.
Qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər DİM-in internet saytını və “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalını izləməklə verilmiş proqramlar əsasında qəbul imtahanlarına hazırlaşa bilərlər.

Mənbə: http://www.dim.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: