“Şagird-məzun” elektron informasiya sistemi üzrə təlimatla bağlı seminar-treninq keçirilmişdir

23-10-2019, 11:00
45

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

22 oktyabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsində DİM əməkdaşları tərəfindən “Şagird-məzun” elektron informasiya sistemi üzrə təlimatla bağlı seminar-treninq keçirilmişdir

Treninqdə Dövlət İmtahan Mərkəzinin Xaçmaz RB-si üzrə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, bir sıra ümumtəhsil müəssisələrinin, həmçinin regionda fəaliyyət göstərən peşə liseyləri və internat məktəblərinin əlaqələndiriciləri iştirak etmişlər. Tədbirdə “Şagird-Məzun” elektron informasiya sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr, tətbiq olunan yeniliklər və s. məsələlər barədə geniş məlumat verilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.

Mənbə: http://www.dim.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: