21 oktyabr 2019-cu il tarixdə Azərbaycan dili və ədəbiyyat fənlərindən elmi metodiki seminar keçirilib

23-10-2019, 11:30
38

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər

Gündəlik məsələlər proqramların layihələrinin müzakirəsi və təsdiqi olub:
1. Hərbi liseylərə qəbul imtahanı proqramı
2. 9-illik təhsil bazasında buraxılış imtahanı proqramı
3. Qəbul imtahanının birinci mərhələsi – 11-illik təhsil bazasında buraxılış imtahanı proqramı
4. Qəbul imtahanının ikinci mərhələsi – III ixtisas qrupu üzrə Azərbaycan dili və ədəbiyyat fənlərindən qəbul proqramları.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 
Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri A.Batıyeva gündəlik məsələlər barədə məlumat verib. O qeyd edib ki, hazırda respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərdə bir sıra dəyişikliklər var. Bununla əlaqədar olaraq, proqramların hazırlanması və təkmilləşdirilməsi üçün ekspertlərdən ibarət işçi qrupu yaradılıb. 2020-ci ildə imtahan verənlər dərsliklərin əvvəlki nəşrlərindən tədris aldıqlarına görə dərsliklərin hər iki nəşri müqayisə edilərək hər iki nəşrdə eyni olan mövzular proqramlara daxil edilib. 
Sonra ədəbiyyat fənni üzrə seminarın rəhbəri f.e.d. A.Mirzəyev proqramların layihələrinin müzakirəsini aparmaq üçün işçi qrupunun üzvü Türkiyə Dəyanət Vəqfi Liseyinin müəllimi S.İbrahimova söz verib.
S.İbrahimov 9-illik təhsil bazasından hərbi liseylərə qəbul proqramını əsas götürərək, 9 və 11-illik təhsil bazasında buraxılış və qəbul imtahanının ikinci mərhələsi üçün Azərbaycan dili fənnindən qəbul proqramlarında edilmiş dəyişikliklər barədə məlumat verib və proqramların layihələrini müzakirəyə təqdim edib.
Daha sonra A.Mirzəyev ədəbiyyat fənnindən qəbul proqramı haqqında məlumat verib. O qeyd edib ki, hazırda istifadədə olan dərsliklərdəki mövzular əvvəlki nəşrlərdəki mövzularla eynidir. Dərsliklərdə ciddi dəyişiklik olmadığından proqramda yalnız redaktə xarakterli düzəlişlər edilib. 
Seminarda proqramların layihələrinin müzakirələri aparılıb. Müzakirələrdə AMEA Dilçilik İnstitutunun baş elmi işçisi Vahid Adilov, Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Bakı şəhəri Heydər Əliyev adına liseyin müəllimi Rafiq Süleymanlı və b. proqramlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.
Seminarda qeyd edilən fikir və təkliflər nəzərə alınmaqla proqramların layihələri təsdiq edilib. 
9 və 11-illik təhsil bazasında proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə və hərbi liseylərə qəbul proqramları isə “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.
Növbəti seminarda (28 oktyabr 2019-cu il tarixdə, saat 13:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində istifadə edilmiş variantlardan biri üzrə tapşırıqların statistik göstəricilər əsasında elmi-metodiki baxımdan təhlili aparılacaq.

Mənbə: http://www.dim.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: