Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən bir qrup Salyan rayon sakini saxlanılmışdır

23-10-2019, 12:30
96


Salyan RPŞ-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxslər saxlanılmışdır.

Araşdırma nəticəsində bu cinayəti törədənlərin rayon sakinləri N.Həsənov, İ.Məmmədzadə və R.Əsədov olduğu müəyyən edilmişdir. Onlardan 1 baş ovlanmış ceyran, 1ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 1ədəd patron aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Saxlanılan şəxslər istintaqa təhvil verilmiş, maddi sübutlar isə ekspertizaya təqdim olunmuşdur.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://www.mia.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: