İngiltərə parlamenti Brexit üzrə müqavilənin üç gün ərzində səsverməyə qoyulması təklifini rədd edib

24-10-2019, 02:30
120

İngiltərə parlamenti Brexit üzrə müqavilənin üç gün ərzində səsverməyə qoyulması təklifini rədd edib.
AZƏRTAC xəbər verir ki, 308 deputat qərarın lehinə səs versə də, 322 millət vəkili onun əleyhinə olub.
Belə olan halda əgər Avropa İttifaqı Brexitin təxirə salınmasına razılıq verərsə, Baş Nazir Boris Conson erkən seçkilərin keçirilməsini istəyəcək. 48 saat ərzində belə bir qərar qəbul edilərsə, seçki üçün ən erkən tarix 28 noyabrdır.
Erkən seçkilərin keçirilməsi üçün isə 650 nəfərdən ibarət İcmalar Palatasının 434 nümayəndəsinin dəstəyinə ehtiyac var.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: