Qaxda 14 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır

29-10-2019, 00:00
90

Qax rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 1454 hektarı arpa, 1300 hektarı buğda olmaqla 2754 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 14 min hektar sahədə payızlıq dənlilərin əkini planlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, payızlıq dənlilərin əkini üçün indiyədək rayonun təsərrüfatlarında 10,5 min hektar sahədə şum aparılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 2,7 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Əkin kampaniyasına 200-dək şum və becərmə traktoru, 25 toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: