Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi yaradır

29-10-2019, 01:00
90

Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi yaradır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Büdcə Məlumat İdarəetmə Sisteminin yaradılması ilə bağlı işlər növbəti mərhələyə qədəm qoyub. Bu məqsədlə nazirlik tərəfindən dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə “PricewaterhouseCoopers” (“PwC”) şirkəti əməkdaşlığa cəlb edilib.
Proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsi və bir sıra ölkələrdə oxşar sistemin tətbiqi ilə bağlı məlumatlar öyrənilərək “PwC” şirkəti tərəfindən büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlanıb, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən satınalma prosedurlarına başlanılıb və www.tender.gov.az saytında tender elanı yerləşdirilib.
Tender üzrə tələblərlə daha ətraflı aşağıdakı linkdə tanış olmaq mümkündür: https://admin.etender.gov.az/document/4618

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: