Qalib Şəfahətin iki kitabı işıq üzü gördü

31-10-2019, 05:00
118

Bu günlərdə həkim-yazıçı Qalib Şəfahətin iki kitabı işıq üzü görüb: “Eşqə batır yanaqlarını” (şeirlər. Bakı, “Elm və təhsil” nəşriyyatı”, 104 səh.) və  “O mən deyiləm” (novella, hekayə, esse və kiçik hekayələrdən ibarət. “Elm və təhsil” nəşriyyatı, 212 səh.).

Bundan əvvəl müəllifin “Mənə ürək verin” (şeirlər. Azərbaycan-Bakı), “Əllərimdəki göy üzü” (şeirlər.Azərbaycan-Bakı), “Kırık merdiven” (hekayələr. Türkiyə), “Ölümlə üz-üzə” hekayələr. İran) kitabları oxucuların ixtiyarına verilib.

Müəllif yaxın günlərdə nəsrsevərləri daha bir kitabla – Qarabağ mövzusunda qələmə aldığı “Sandıq” romanı ilə təəccübləndirəcəyini qeyd edir.


Mənbə: http://kultur.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: