1 noyabrda gözlənilən hava şəraiti

31-10-2019, 12:00
192

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 1-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 10-13, gündüz  13-15,  Bakıda gecə 11-13, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.
Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.  
 Azərbaycanın rayonlarında
Noyabrın 1-də arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti təşkil edəcək.


Mənbə: https://edu.gov.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: