“Bizim müəllim”

2-11-2019, 01:00
147

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Qobustan şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi Vüsalə Hüseynovaya həsr olunub. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 55 bal toplayıb. 2000-ci ildən pedaqoji fəaliyyətə başlayan Vüsalə Hüseynova qısa müddət ərzində tarix fənnini şagirdlərinə sevdirməyi bacarıb. Təhsil sahəsində qazandığı nailiyyətlərə görə Qobustan Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edilib. Tarix müəllimi deyir ki, şagirdlərin Azərbaycan tarixini daha yaxşı öyrənməsinə  və onların əsl vətəndaş kimi yetişmələrinə çalışır.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Mənbə: https://edu.gov.az


Mənbə: https://edu.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: