"Azərbaycan Ordusu" qəzeti №86 (2403)

6-11-2019, 10:30
46

Qarabağ Azərbaycandır!

Böyük Füzulimizin "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz" misrasını xatırlayıram, bir daha əmin oluram ki, kəlam - hikmətdir... Tarixi şəxsiyyətlərin dedikləri kəlam kimi eşidilir, kəlam kimi dərk olunur, kəlam kimi düşündürür, kəlam kimi yaşadılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı belə kəlamlardandır...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti haqqında.
2. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları haqqında.
3. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri...davamı



İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin fəaliyyətinə baxış keçirilib


Ordu quruculuğu müntəzəm prosesdir və müxtəlif  istiqamətlərin vəhdəti əsasında həyata  keçirilir. Bu istiqamətlərdən biri də ideoloji işin təşkilidir. Ordunun gücünün döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlığın  bir-birini tamamlaması müəyyənləşdirilir. İdeoloji iş şəxsi heyətin döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlığın səviyyəsini artırmaq baxımından olduqca gərəklidir. Məhz buna görə də ideoloji iş və mənəvi-psixoloji  təminat üzrə zabitlərin fəaliyyətinin səmərəliliyinin artırılması həmişə diqqət mərkəzində olub...davamı



“Vətənimizin müqəddəsliyi yaşam fəlsəfəmizdir”

Ordu bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib strukturdur. Ona görə də Azərbaycan Ordusunda şəxsi heyətin təlim və tədrisinə xüsusi önəm verilir və onların təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaradılır. Şəxsi heyətdə müxtəlif qabiliyyətlərin üzə çıxarılması, möhkəmləndirilməsi, öyrədilənlərin şüurlu surətdə mənimsədilməsi, inkişaf etdirilməsi rəhbərlik tərəfindən diqqətdə saxlanılır...davamı



“Hər cür şəraitlə təmin olunmuşuq”

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatı və təchizatı müasir standartlara cavab verir. Bu sahədə işlərin sürətləndirilməsi məqsədilə verilən tövsiyə və tapşırıqların icrası ilə əlaqədar qısa müddət ərzində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən konkret tədbirlər həyata keçirilib...davamı


"Azərbaycan Ordusu" qəzetinin tam variantı


Mənbə: https://mod.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: