Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edəcək

6-11-2019, 13:00
90



Xaçmaz, Quba, Qusar və Şabran rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov noyabrın 14-də Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H.Əliyev prospekti) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr 2019-cu il tarixlərində 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Xaçmaz, Quba, Qusar və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Mənbə: https://www.taxes.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: