Müdafiə naziri Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

6-11-2019, 16:30
46

Noyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb.
Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın genişləndirilməsində uğurlar arzulayıb.
Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Xorvatiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib.


Mənbə: https://mod.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: