Vergilər Nazirliyinin əməkdaşı Azər Aslanov dünya çempionu oldu

7-11-2019, 10:30
95


GÜNDƏLİK.İNFO Kultur.Az  saytına istinadən xəbər verir ki, Kiqboksing WKA versiyası üzrə İtalyanın Karara şəhərində 30.10.2019-03.11.2019-cu il tarixləri arasında keçirilən Dünya Çempionatında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşı Azər Aslanov qızıl medala layiq görülüb. Bu münasibətlə Azərbaycan Kiqboksing Federasiyasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev Azər Aslanovu qəbul edərək təbrik etdi, çoxsaylı ölkələrin iştirak etdiyi dünya çempionatında Azərbaycan Dövlət Himnini səsləndirdiyi və Bayrağını dalğalandırdığı üçün təşəkkürünü bildirdi.
Qeyd edək ki, Azər Aslanov bundan öncə də bir neçə dəfə dünya çempionu və kubokunun qalibi olmuşdur.


Mənbə: http://kultur.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: