Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

7-11-2019, 16:30
49

GÜNDƏLİK.İNFO-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
Səfir Dan Stav İsrail Dövlətinin Azərbaycan Respublikasındakı missiyasına rəhbərlik etdiyi müddət ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Dan Stava təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Mənbə: http://seferberlik.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: